Cəmiyyət

Yüksək intensivlik olan yoldakı kanalizasiya quyusunun qapağı ortadan sınıb – TƏHLÜKƏ + FOTO

Sharing is caring!


Bakı şəhərinin Sabunçu rayonunda, Yeni Ramana yolunda təhlükəyə səbəb olan problem yaranıb.

Bununla əlaqədar sakinlər Oxu.Az-a məlumat veriblər. Onlar qeyd ediblər ki, Yeni Ramanadan “Komsomol dairəsi”nə gedən yolda bir həftədən çoxdur, kanalizasiya quyusunun qapağı ortadan sınıb.

Problem günün pik saatlarında tıxaca, gecə isə daha ciddi təhlükəyə səbəb olur.

Sakinlərin şikayəti ilə əlaqədar sorğumuzu cavablandıran “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) Mətbuat Xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib ki, quyunun qapağının sınmasına səbəb çoxtonnajlı yük maşınlarının hərəkətidir.

“Baxış quyusunun qapağı yenisi ilə əvəz ediləcək”, – deyə qurum rəsmisi vurğulayıb.

Aysel Aslan 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir