Cəmiyyət

Gəncədə sərnişin avtobusu dayanacağa çırpılıb, xəsarət alan var

Sharing is caring!


Gəncədə sərnişin avtobusu dayanacağa çırpılıb, xəsarət alan var.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.

Belə ki, 9 saylı xətt üzrə hərəkət edən sərnişin avtobusu dayanacağa, sonra köşkə çırpılıb. Qəza zamanı köşkdə işləyən 1990-cı il təvəllüdlü Ümid Heydərov yüngül xəsarət alıb. Hadisə yerinə gələn təcili tibbi yardımın əməkdaşları xəsarət alan şəxsə yardım göstəriblər. Sərnişin avtobusunun sürücü Qafar Əliyevin sözlərinə görə, qəzaya səbəb avtobusun əyləc sistemində anidən nasazlığın yaranması olub.

Qeyd edək ki, qəza zaman sahibkara ziyan dəyib. Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir