Cəmiyyət

Sənaye zonalarında dörd Türkiyə şirkəti rezident kimi qeydiyyatdan keçib

Sharing is caring!


Dekabrın 21-də Bakıda keçirilən Azərbaycan-Türkiyə İnvestisiya Forumu çərçivəsində İqtisadi Zonaların İnkişafı Agentliyi “Azərbaycan Respublikasında investisiya qoyuluşu imkanları” mövzusunda təşkil edilən panel iclasda təmsil olunub.

Oxu.Az xəbər verir ki, İclasda İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Elşad Nuriyev ölkəmizdə mövcud sənaye zonalarında yaradılan əlverişli biznes imkanları, burada türkiyəli sahibkarlar tərəfindən həyata keçirilən investisiya layihələri barədə məlumat verib.

Qeyd edilib ki, türkiyəli iş adamları tərəfindən sənaye zonalarına böyük maraq göstərilir. İndiyədək sənaye zonalarında dörd Türkiyə şirkəti rezident kimi qeydiyyatdan keçib. Bu şirkətlər tərəfindən ümumilikdə sənaye zonalarına təqribən 90 milyon manatdan artıq investisiyanın yatırılması, 1 100-dən çox iş yerinin yaradılması nəzərdə tutulur”.

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir