Cəmiyyət

Xaçmazda avtomobillər toqquşub, ölən var

Sharing is caring!


Xaçmaz rayonunun Nərəcan kəndində yol-nəqliyyat hadisəsi olub.

“Report”un Şimal bürosunun məlumatına görə, VAZ-2107 və “KamAZ” markalı avtomobillərin toqquşması nəticəsində 1996-cı il təvəllüdlü Azər Yadulla oğlu Ədilov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

A.Ədilovun meyiti müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir