Cəmiyyət

Əməkdar məşqçi niyə qətlə yetirildi?

Sharing is caring!


Lənkəran Ağır Cinayətlər Məhkəməsinə qəsdən adam öldürmədə təqsirləndirilən Rafiq Əliyevin cinayət işi üzrə məhkəmə istintaqında ifadəsi məlum olub.

Pravda.az xəbər verir ki, hakim Əli Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə o, 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, 2022-ci il dekabrın 23-də Beyləqan rayonu ərazisində 1973-cü il təvəllüdlü Kamil Fərzəliyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı 1978-ci il təvəllüdlü Rafiq Əliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla xəsarət yetirərək Kamil Fərzəliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Rafiq Əliyev şübhəli şəxs qismində tutulub.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. İttihama görə, hadisə qısqanclıq zəminində baş verib. Belə ki, Rafiq Əliyev zərərçəkmiş Kamil Fərzəliyevlə keçmiş arvadı arasında sevgi və intim münasibətlərin olmasından şübhələnib.

Xatırladaq ki, Kamil Fərzəliyev əməkdar məşqçi və 44 günlük Vətən müharibəsinin iştirakçısı olub. O, ikiqat dünya və ikiqat Avropa çempionu, yunan-Roma güləşçisi Eldəniz Əzizlinin ilk məşqçisi olub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir