Cəmiyyət

Azərbaycanda fantastik repetitorluq qiymətləri – CƏDVƏL

Sharing is caring!


Ölkəmizdə bir uşağın universitetə hazırlaşması üçün repetitor xərcləri ildən-ilə artır. 9-cu sinifdən sonra bu xərclər xüsusilə çoxalmağa başlayır. Zaman-zaman valideynlər məktəblə yanaşı övladlarını fərdi qaydada müəllim yanına göndərərək hazırlaşdırmağa üstünlük verirlər. Bu da ölkədə repetitorluğa tələbatı və son nəticədə bu xidmətin qarşılığında alınan maddi məbləğin artmasına təsir edir.

Baku.ws araşdırma apararaq ölkə üzrə repetitorluq qiymətlərinin necə dəyişməsini araşdırıb.

Müxbir özünü hazırlığa gəlmək istəyən şəxs kimi təqdim edərək müəllimlərin hazırlıq qiymətlərini öyrənib. Araşdırmalarımız nəticəsində məlum olub ki, qiymətlər şəhər mərkəzi, Bakıətrafı ərazilər və rayonlara görə dəyişir. Belə ki, mərkəzdəki müəllimlər daha baha qiymətə xidmət göstərirlər.

Rayonlarda hazırda bir fənn üçün repetitor qiymətləri 40 manatdan, Bakıətrafı rayon və qəsəbələrdə isə bu qiymət 50-60 manatdan başlayır. Şəhər mərkəzinə gəldikdə isə qiymətlər daha bahadır. Repetitorun tədris etdiyi fənnin qiyməti 90-100 manatdan başlayır. Bu qiymət 300 manata qədər yüksəlir.

50 manatdan hesabladıqda bir şagird ali məktəbə qəbul olunmaq üçün 5 fəndən hazırlığa gedərsə, ay ərzində 250 manat xərc çəkməli olur. Abituriyentlərin əksəriyyətinin 9-cu sinifdən repetitor hazırlıqlarına getdiklərini nəzərə alsaq, bir şagirdin ali məktəbə qəbul olması valideynə 6-7 min manata başa gəlir.

Hər bir müəllimin uşaqları fərdi və ya qrup şəklində hazırladığını nəzərə alsaq, bu da qiymətə təsirini göstərir.

Lakin məsələ bununla da bitmir. Repetitor qiymətləri qruplar üzrə də dəyişir. Məsələn 1 və 2-ci qrup üzrə riyaziyyat fənninin tədris qiyməti 3-cü qrupla müqayisədə daha yüksəkdir. Eyni amil fizika və kimya fənlərinə də şamil olunur.

İndi isə ibtidai siniflər üçün repetitor qiymətlərinə nəzər salaq:

Bakıətrafı rayon, qəsəbələrdə bu qiymət 30-40 manat təşkil edir. Lakin mərkəzə tərəf gəldikdə, bu qiymət 50-120 manat arası dəyişir.

P.S. Son olaraq onu qeyd edək ki, məbləğin yüksək olması hələ yüksək səviyyəli təhsilin mövcudluğu anlamına gəlmir. Biz dəfələrlə fərdi müəllim yanına getməyərək yüksək balla ali məktəbə qəbul olunan şagirdlərlə bağlı faktları görmüşük. Demək, ətək-ətək pul verərək uşaqlara bahalı müəllimlər tutmaq çıxış yolu deyil.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir