Cəmiyyət

Tərtərdə iki avtomobil toqquşdu, ölən var

Sharing is caring!


Tərtərdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli müxbiri xəbər verir ki, hadisə rayonun Sarıcalı kəndi ərazisində qeydə alınıb. 

Hərəkətdə olan “Opel” markalı avtomobil qarşıdan gələn VAZ-2106 markalı avtomobillə toqquşub.

Nəticədə VAZ-ın sərnişini Kənan Sərhad oğlu Novruzov hadisə yerində həyatını itirib.
VAZ-ın sürücüsü Nurlan Şirinov ilə “Opel”in sürücüsü Qabil Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Bərdə Rayon Diaqnostika Mərkəzinə çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir