Cəmiyyət

Bank filialına dəmir linglə hücum edən şəxsi hakim xəstəxanaya göndərdi

Sharing is caring!


Bakıda banklardan birinin Yasamal rayon filialına hücum edən İmran Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə hazırlıq iclası keçirilib.

Təqsirləndirilən şəxslə kontakt qurmaq mümkün olmadığı üçün onun anket məlumatlarını dəqiqləşdirmək cəhdi uğursuz olub. Zərərçəkmişlərin anket məlumatları isə dəqiqləşdirilib. Hakim Səbinə Məmmədzadə təqsirləndirilən şəxsi psixoloji vəziyyətinin araşdırılması üçün xəstəxanaya göndərib. Təqsirləndirilən şəxsin hadisəni törədərkən anlaqlı olub-olmadığı və hadisədən sonra hansısa psixoloji xəstəliyə tutulması barədə araşdırılma aparılmasına qərar verib.

Məhkəmə qeyri-müəyyən vaxta qədər təxirə salınıb.

Qeyd edək ki, bu il yanvarın 19-da bir nəfər Yasamal rayonu ərazisində yerləşən bank filialına gəlib, əlindəki dəmir linglə oranın işçilərini hədələyərək pul tələb edib.

Orada xidmətdə olan Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin əməkdaşlarının operativ və çevik hərəkətləri sayəsində həmin şəxs tutularaq zərərsizləşdirilib. Onun Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş 33 yaşlı İmran Əhmədov olduğu müəyyən edilib. Saxlanılan şəxsin üzərindən bir ədəd qaz tapançası, bir bıçaq və istifadə etdiyi dəmir ling polis əməkdaşları tərəfindən götürülüb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir