Cəmiyyət

Bakının bir rayonunda söküntü başlayır: Sakinlərə nə qədər kompensasiya veriləcək?

Sharing is caring!


Bakının Yasamal rayonu ərazisində daha bir ünvanda fərdi evlər söküləcək.

BAKU.WS-in əldə etdiyi məlumata görə, söhbət Təzəpir məscidi ətrafında yerləşən fərdi evlərdən gedir.

Artıq adı çəkilən ərazidə yaşayan sakinlərin qeydiyyatı aparılıb və evlərin ölçüləri götürülüb. Dövlət tərəfindən maliyyə ayrılan kimi həmin sakinlərin köçürülməsi prosesinə başlanılacaq.

Məlumata görə, söküntü Bəşir Səfəroğlu küçəsindən Azadlıq prospektindəki 5 mərtəbəli binaya qədər olan hissəni əhatə edəcək. Söküntü işlərinə başlamazdan əvvəl sakinlərə hər kvadratmetrə görə 1500+500 AZN kompensasiya veriləcək. Əlavə verilən 500 AZN maddi yardım kimi hesablanacaq.

Ərazidə yaşayan və evinin kvadratı az olan sakinlər üçün müəyyən güzəştlər olacaq və bu istiqamətdə təkliflər hazırlanacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir