Cəmiyyət

Asan pul qazanmaq istəyənlərin düşdüyü tələ – XƏBƏRDARLIQ + FOTO

Sharing is caring!


Son vaxtlar “TikTok”, “Telegram” və digər sosial şəbəkələrdə və digər platformalarda pul qazanma şəbəkələrinin etdiyi dələduzluqlarla bağlı çoxsaylı məlumatlar yayılır.

“Qafqazinfo” xəbər verir ki, bu şəbəkələrə qoşulan şəxslər sistemə qoyduqları pulun müqabilində gündəlik gəlir əldə etdiklərini, lakin bir müddət sonra proqramın tamamilə bloklandığını və pullarını itirdiklərini deyirlər.

Sosial şəbəkə vasitəsilə üzləşdiyi hadisə barədə danışan, adının açıqlanmasını istəməyən çoxsaylı şikayətçilərdən biri “TikTok işçi qrupu” adlı sistemə qoşulduğunu və aldadıldığını deyib:

“Mən iyunda qoşuldum və 100 manat pul qoydum. Videoları bəyənməyə görə hər gün balansıma dörd manat gəlirdi. Həftədə bir dəfə pulu çıxarmağa icazə verirdilər. Sonra Vergilər Departamentindən yoxlama gəldiyini bildirərək ödəniş etməyimizi istədilər, biz də ödəniş etdik. Sonra isə proqram tamamilə dayandı və pullarımız batdı”.

Bildirilir ki, son vaxtlar bu kimi dələduzluq növü geniş yayılıb. Təkcə “instpovver” şəbəkəsi üzərindən Azərbaycanda minlərlə insanın milyonlarla manatı ələ keçirilib. Fırıldaqçılar bu işdə burada açdıqları bank hesabları və kartlardan geniş istifadə edirlər.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, sosial şəbəkələrdə dələduzluq hallarına qarşı mübarizə tədbirləri daim diqqət mərkəzində saxlanılır:

“Vətəndaşlardan daxil olan və polis əməkdaşları tərəfindən aşkar olunan dələduzluq faktları araşdırılır. Vətəndaşların tanımadıqları şəxslərə və etibar etmədikləri şirkətlərə onlayn qaydada ödəniş etməmələri tövsiyə olunur. Qeyd olunan məsələ ilə bağlı hazırda araşdırma aparılır”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir