İdman

“Zirə” klubunun baş məşqçisi: “Məqsədimiz ilk olaraq qrupdan çıxmaqdır”

Sharing is caring!


“Məqsədimiz ilk olaraq qrupdan çıxmaqdır”.

“Report” xəbər verir ki, bunu Azərbaycanı minifutbol üzrə UEFA Çempionlar Liqasında təmsil edəcək “Zirə”nin baş məşqçisi Elşad Quliyev mətbuat konfransında deyib.

Mütəxəssis yarışda debüt etmələrinə baxmayaraq, yaxşı hazırlaşdıqlarını bildirib:

“Nəticə qazanmaq şansımız da yüksəkdir. Amma komandalar haqqında çox məlumatımız yoxdur. Nəzərə almalıyıq ki, Ukrayna və Bolqarıstan milləri güclü kollektivdirlər. Həmin heyətlərdən klublara oyunçular cəlb oluna bilər”.

Komandanın oyunçusu Bəxtiyar Soltanov isə bu gün son məşqə çıxacaqlarını xatırladıb:

“Sabah yola düşəcəyik. Qrupdan çıxmağı və daha sonra növbəti raundları düşünmək istəyirik”.

Qeyd edək ki, “Zirə” F qrupunda “Terra Trak” (Bolqarıstan) və “Andezit” (Ukrayna) ilə görüşəcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir