Cəmiyyət

Oğuzda 40 yaşlı qadın keçmiş əri tərəfindən bıçaqlanıb

Sharing is caring!


Oğuzda bıçaqlanma hadisəsi olub.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə sentyabrın biri, axşam saatlarında rayonun Bayan kəndində baş verib.

Goranboy rayon sakini Eyvaz Məmmədov keçmiş həyat yoldaşı, 1983-cü il təvəllüdlü, rayonun Bayan kənd sakini Nuranə Elməddin qızı Məsimovanın yaşadığı ata evinə gələrək onu qarnından bıçaqlayıb.

Hadisə zamanı xəsarət alan N.Məsimova Oğuz Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili Yardım Şöbəsinin əməkdaşları tərəfindən Şəki RMX-yə aparılıb.

Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir