Cəmiyyət

Modern.az 14 yaşını qeyd edir

Sharing is caring!


Bu gün Modern.az Xəbər Agentliyinin fəaliyyətə başlamasının 14 ili tamam olur.

Modern.az portalı 2009-cu il sentyabrın 1-də yaradılıb. Hazırda Azərbaycanın onlayn media məkanında sayılıb-seçilən xəbər saytlarından biridir.

Fərqli təqdimatları, özünəməxsus layihələri, müsahibə və araşdırmaları ilə populyarlıq qazanan portal həm də gündəlik və operativ xəbər istehsalı ilə məşğuldur.

Modern.az-ın Azərbaycanda və dünyada baş verən hadisələrə qərəzsiz, obyektiv yanaşması, bitərəf mövqeyi oxucu auditoriyası tərəfindən rəğbətlə qarşılanır.

Modern.az bir media quruluşu olaraq ötən 11 il müddətində təkcə Azərbaycanda deyil, ölkə xaricində yaşayan soydaşlarımız tərəfindən də izlənilən xəbər istehsalçısına çevrilib.

Hər gün on minlərlə oxucunun ziyarət etdiyi Modern.az-ın təsisçisi və baş direktoru Elşad Eyvazlı, baş redaktoru Anar Rüstəmovdur.

Oxu.Az-ın kollektivi Modern.az saytında çalışan həmkarlarını təbrik edir, onlara gələcək işlərində uğurlar arzulayır!

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir