Cəmiyyət

16 yaşlı oğlan qəza törədib qaçdı – Ölən var

Sharing is caring!


Sabirabadda sürücülük hüququ olmayan 16 yaşlı oğlan ağır qəza törədib.

“Qafqazinfo” xəbər verir ki, dünən saat 03 radələrində 2007-ci il təvəllüdlü K.N. “Ford Transit” markalı yük avtomobili ilə piyadanı vurub.

Sürücülük hüququ olmayan yeniyetmənin maşınla vurduğu 1957-ci il təvəllüdlü piyada, Sabirabad rayon sakini Qurbanəli İsmayıl oğlu Məhərrəmov hadisə yerində ölüb.

Qəzadan sonra K.N. yük maşını ilə birgə hadisə yerindən qaçıb.

Faktla bağlı Sabirabad RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir