Cəmiyyət

10 yaşlı Nurayın müalicəsi üçün 600 manat lazımdır – FOTO

Sharing is caring!


10 yaşlı Nurayın sizin dəstəyinizə ehtiyacı var.

Bu barədə Oxu.Az-a onun anası Nazlı Abbasova məlumat verib.

O bildirib ki, övladında anadangəlmə əqli gerilik var.

“Nurayda anadangəlmə əqli gerilik var. Son bir neçə ildə isə qıcaması yaranıb. Gün ərzində 4-5 dəfə qıcama tutur. Biz kirayədə yaşayırıq, evdə isə tək yoldaşım işləyir. Nurayın isə biraylıq müalicəsi 500-600 manat edir. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm”.

Qeyd edək ki, TƏBİB ailə ilə əlaqə saxlayıb və valideynə icbari tibbi sığorta və Xidmətlər Zərfi haqqında məlumat verilib. Ambulator müalicə üçün istifadə olunan dərman preparatlarının Xidmətlər Zərfi çərçivəsində təminata alınmadığı bildirilib.

Ailə ilə əlaqə: (051) 486-35-67

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir