Cəmiyyət

Bu gün ölkənin 13 şəhərində üç mindən çox müəllim imtahan verir – FOTO

Sharing is caring!


Pedaqoji stajı üç il, həmçinin yaşı 60-dan yuxarı olan, prosesə könüllü qoşulan müəllimlər sertifikatlaşdırma imtahanı verirlər.

Oxu.Az xəbər verir ki, bu barədə elm və təhsil nazirinin müavini Həsən Həsənli məlumat verib.

O bildirib ki, bu günə qədər artıq 40 mindən çox müəllim sertifikasiya prosesindən keçib:

“Biz müəllimlərin uğurlarına sevinirik. Bu gün də müəllimlərdən uğurlu nəticə gözləyirik. Düşünürük ki, müəllimlərimiz yüksək nəticələrlə bizi sevindirəcəklər. Bu gün ölkə üzrə 13 müxtəlif şəhərdə və 22 müxtəlif imtahan mərkəzində üç mindən çox müəllim eyni anda eyni imtahandan keçir”.

Qeyd edək ki, 161 saylı orta məktəbdə keçirilən sertifikasiya imtahanında iştirak üçün ümumilikdə 272 nəfər müraciət edib. Hazırda imtahanda iştirak edənlərin sayı 252 nəfərdir. İmtahan davam edir.

Daha çox foto burada: PhotoStock.az

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir