Cəmiyyət

Bakıda nasaz avtomobil tıxaca səbəb oldu

Sharing is caring!


Bakıda nasaz avtomobil tıxaca səbəb olub.

Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, texniki nasazlıq səbəbindən bir avtomobilin yolda qalması zolaqlardan birinin tutulmasına və nəticədə həmin istiqamətdə sıxlığın yaranmasına səbəb olub.

Belə ki, Ziya Bünyadov və Atatürk prospektlərinin kəsişməsində yolda texniki nasaz nəqliyyat vasitəsinin qalması səbəbindən metronun “20 Yanvar” stansiyası istiqamətində sıxlıq yaşanır.

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşı tərəfindən ərazidə xidmət aparan yol polisi əməkdaşlarına məlumat verilib. Sıxlığın aradan qaldırılması istiqamətində işlər görülür.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir