Cəmiyyət

Kəmalə Ağazadə: “Sənədləri olmayan uşaqlar təhsildən məcburi yayınırlar”

Sharing is caring!


“Sənədləri olmayan uşaqlar bağçaya və məktəbə gedə bilmirlər, təhsildən məcburi yayınırlar”.

Oxu.Az xəbər verir ki, bununla bağlı Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkə üzərindən Elm və Təhsil Nazirliyinə açıq müraciət edib.

O, sığınacaqda məskunlaşan uşaqların sənədi olmadığına görə nə məktəbə, nə də bağçaya götürülmədiyini bildirib.

Bununla əlaqədar Oxu.Az olaraq, Elm və Təhsil Nazirliyinə ünvanladığımız sorğuya cavabda bildirilib ki, sığınacaq rəhbərinin müraciəti aidiyyəti struktur bölmələri tərəfindən araşdırılıb.

“Elm və Təhsil Nazirliyinin rəhbərliyinin tapşırığına uyğun olaraq, müvafiq sənədlərinin çatışmaması səbəbindən təhsildən kənarda qalmış 22 uşağın yeni tədris ilindən təhsil almaq hüququ təmin olunacaq. Həmin siyahıda adı keçən bir qrup uşağın fərdi təhsilə cəlb edilməsi ilə bağlı da araşdırma davam etdirilir. Qısa zamanda aidiyyəti dövlət qurumları ilə uşaqların şəxsiyyətini təsdiq edən sənədlərin əldə edilməsi istiqamətində müvafiq tədbirlər görüləcək.

Elm və Təhsil Nazirliyi məsələni ictimai diqqətdə saxlayan təşkilata təşəkkür edir və belə həssas məsələlərin daim diqqətdə saxlanılmasına xüsusi önəm verir”, – deyə nazirliyin məlumatında vurğulanıb.

Aysel Aslan

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir