Cəmiyyət

Şəhid Təbriz Cüməzadəyə həsr olunmuş filmin təqdimatı keçirildi – FOTO/VİDEO

Sharing is caring!


“İstehlakçıların Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə növbəti sənədli filmini təqdim edib.

Bu barədə QHT-nin mətbuat xidmətindən məlumat verilib.

Təqdimat mərasimini giriş sözü ilə açan İMD-nin sədri Emil Əkbərov Şəhidimizin ailə üzvlərinə başsağlığı verib və dəstəyə görə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə təşəkkür edib:

“Azərbaycan Ordusunun əsgəri olan Təbriz Cüməzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Təbriz Cüməzadə noyabrın 8-dən 9-na ötən gecə Şuşa-Xankəndi istiqamətində gedən döyüşlər zamanı düşmənin snayperdən atəş açması nəticəsində həlak olmuşdur. Mingəçevir şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub”.

Daha sonra Şəhid Təbriz Cüməzadənin atası İldırım Cüməzadə çıxış edərək filmin ərsəyə gəlməsində əziyyəti keçən hər kəsə təşəkkür edib.

Sonra tanıtım filmi geniş ictimaiyyətə təqdim olunub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir