Cəmiyyət

Ramanada azyaşlılar valideyni tərəfindən şiddət görürlər? – AÇIQLAMA

Sharing is caring!


Sabunçu rayonu Ramana kəndində azyaşlı valideyni tərəfindən şiddətə məruz qalıb.

Bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb. Belə ki, iddialara görə hadisə Ramana kəndi 1-ci sahə adlandırılan ərazidə baş verib.

Psixoloji problemləri olduğu iddia edilən valideyn iki və yeddi yaşlarında olan övladlarını söyür, döyür, işgəncə verir. Eləcə də uşağı it damına soxub bağladığı, hamamda şiddət göstərdiyi, şillələrin səsinin küçədən belə eşidildiyi iddia edilir.

Məsələnin araşdırılması və iddiaların nə dərəcədə həqiqəti əks etdirdiyini öyrənmək üçün Daxili İşlər Nazirliyinə (DİN) sorğu ünvanladıq.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları və Sabunçu Rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların hüquqlarının müdafiəsi komissiyasının əməkdaşları həmin ünvanda olublar:

“Azyaşlılar və valideynləri, eləcə də qonşular dindirilib. Azyaşlıların üzərində heç bir zorakılıq əlamətləri aşkar edilməyib. Psixoloq və icra hakimiyyətinin nümayəndələrinin iştirakı ilə dindirilən azyaşlılar, eləcə də qonşular azyaşlılara qarşı təzyiq göstərilmədiyini bildiriblər. Məsələ ilə bağlı araşdırmalar davam etdirilir”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir