Cəmiyyət

Yevlax-Zaqatala-Gürcüstan avtomobil yolunun bir hissəsindəki problem aradan qaldırılıb – FOTO

Sharing is caring!


Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti nəticəsində Yevlax-Zaqatala-Gürcüstanla dövlət sərhədi avtomobil yolunun Qax və Zaqatala rayonları ərazisindən keçən hissəsində ötən gün axşam və gecə saatlarında bir-neçə ərazidə yolun hərəkət hissəsinə irigövdəli ağaclar aşıb.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, yaranan problemin aradan qaldırılması üçün dərhal agentliyin əməkdaşları ərazilərə cəlb olunublar, qısa müddət ərzində ağaclar doğranaraq daşınıb, yolun hərəkət hissəsi təmizlənib, yolboyu hərəkətin təhlükəsizliyi və fasiləsizliyi təmin olunub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir