Cəmiyyət

İradə Həsənzadə son hökmünü oxudu

Sharing is caring!


Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi İradə Həsənzadə hakimlik fəaliyyətini yekunlaşdırıb.

“Qafqazinfo”nun məlumatına görə, xanım hakim yaşla bağlı təqaüdə göndərilib.

İ.Həsənzadə ötən gün sonuncu dəfə iclasa qatılaraq hökm oxuyub. Belə ki, hakimin hökmünə əsasən, külli miqdarda dələduzluqda ittiham edilən A.Novruzova 5 il 6 ay müddətinə şərti cəza (elektron qolbaq taxılmaqla azadlığın məhdudlaşdırılması) verilib.

İradə Həsənzadə yeddi il Xətai Rayon Məhkəməsinin sədri olub. O, 2011-ci ildən Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi idi.

Qeyd edək ki, bu ilin mayında İradə Həsənzadənin 65 illik yubileyi ilə əlaqədar Bakı Ağır Cinayətlər Məhkəməsində tədbir də keçirilib. 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir