Cəmiyyət

Bakının iki rayonunda yanğın baş verib

Sharing is caring!


Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 80 kvadratmetr olan kürsülü, birmərtəbəli 3 otaqlı evin mətbəxində bir ədəd paltaryuyan, bir ədəd qaz sobası, və mətbəx mebeli bir poqonometr yanıb.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bundan əlavə, Bakı şəhərinin Nərimanov rayonunda üçmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 60 kvadratmetr olan ikiotaqlı mənzilin mətbəxində bir ədəd paltaryuyan, bir ədəd aspirator, bir ədəd soyuducu qismən və mətbəx mebeli 2 poqonometr yanıb. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir