Cəmiyyət

Ən bəsit suala cavabı olmayan müəllimə övladlarımızın gələcəyini necə əmanət edək? – FOTO

Sharing is caring!


Davamlı öyrənmə mühiti müəllim-şagird-ailə üçbucağının əsas missiyasıdır. Burada müəllim amili peşəkar, motivasiya edən, üfüq açan və daha yeni öyrənmə vasitələri ilə şagirdlərini gələcəyə hazırlayan şəxs kimi xarakterizə olunur. 

Belə ki, sertifikatlaşdırma prosesi müəllimlərin peşə hazırlığının artırılmasına xidmət etməklə onların sosial müdafiəsini gücləndirir.

Azərbaycanda “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın strateji hədəflərindən  biri müəllimlərin sertifikasiya prosesinə cəlb edilməsidir ki, ötən il 11 mindən çox müəllim sertifikatlaşdırma imtahanından keçib. Onlardan 80 faizi (8 843 nəfər) keçid balını toplayıb. Sertifikatlaşdırmadan keçmiş 3 163 müəllim vəzifə maaşına 35 faiz əlavə, 5 624 müəllim isə 10 faiz əlavə alıb. 

Ötən və bu il ərzində 40 min nəfərə yaxın müəllim sertifikatlaşdırma prosesində iştirak edib. Zaman-zaman buna gərək olmadığı ilə bağlı müzakirələr olur. Xüsusən yaşlı müəllimlər deyir ki, buna gərək yoxdur, bizim təcrübəmiz çoxdur. Amma sertifikasiya göstərib ki, ən çox bal toplayanlar yeni müəllimlərdir. Dünya sürətlə inkişaf gedir. Müəllim sertifikatlaşdırılmadan keçə bilmirsə, şagirdlərə nə öyrədəcək ki?! Çünki uşaqların gələcəyini yaradan məhz müəllimlərdir. 

Oxucularımıza imtahana düşən və 21,73 faiz müəllimin yanlış cavab verdiyi sadə sualı təqdim edirik:

Tənliyi həll edin: (2x + 8) – 4 = 6

Elm və təhsil naziri Emin Əmrullayev bəsit məsələləri həll edə bilməyən müəllimlərin varlığı ilə bağlı danışan zaman bu söz müzakirələrə səbəb olub. Amma görünən odur ki, ən bəsit riyazi əməlləri yerinə yetirə bilməyən müəllimin şagirdlərə hansı bilikləri ötürəcəyi şübhə doğurur.

Müəllimlərin sertifikasiya imtahanı 2027-ci ildə yekunlaşacaq. Ən vacib təhsil islahatı olan sertifikatlaşdırma həm də müəllim keyfiyyətini üzə çıxarır. Məqsəd Azərbaycan məktəblərində şagirdlərə keyfiyyətli müəllimlərin dərs deməsidir. 

Məlumdur ki, müəllim cəmiyyətin bütün təbəqələrindən olan hər kəs üçün vacib şəxsdir. Amma bu vacib şəxs övladlarımıza nə verəcək? Daim yenilənən dünyada hələ də yerində sayan insanlara balalarımızın gələcəyini əmanət etmək olarmı?!

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir