Dünya

Türkiyə futbol klubunun vitse-prezidenti Nigeriyada xəstəliyə tutuldu: Həyatını xilas etmək mümkün olmadı

Sharing is caring!


Türkiyənin “Kocaelispor” futbol klubunun vitse-prezidenti Ekrem Can futbolçu seçmək və futbol akademiyalarını ziyarət etmək üçün getdiyi Nigeriyada malyariyaya yoluxub.

Ekrem Canın həyatını xilas etmək mümkün olmayıb və o, vəfat edib.

48 yaşlı vitse-prezident və iş adamı “Kocaelispor”un prezidenti Engin Koyun ilə birlikdə 15 gün əvvəl Nigeriyaya səfər edib.

O, şəhərdəki futbol akademiyalarına və idman obyektlərinə baş çəkib, idmançıların oyunlarını izləyib. Nigeriyada Ekrem Canda taqətsizlik, halsızlıq və malyariya əlamətləri müşahidə edilib və bu şikayətlər Kocaeliyə qayıtdıqdan sonra da davam edib.

Səhhəti günü-gündən pisləşən iş adamı Gebze rayonunda özəl xəstəxanaya yerləşdirilib. Pnevmoniyaya çevrilən Ekrem Can müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir