Cəmiyyət

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib

Sharing is caring!


1963-cü il Salmanov Rahib Vaqif oğlunun özünü müalicə aldığı xəstəxananın binasından ataraq intihar etməsi ilə bağlı Nərimanov rayon prokurorluğuna məlumat daxil olub.

Baş prokurorluğun Mətbuat xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda prokurorluq əməkdaşları hadisə yerində cəlb edilib, zəruri istintaq hərəkətləri həyata keçirilir.

Faktla bağlı Nərimanov rayon prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, R.Salmanov Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi olub, o, 2013-cü ildən Bakı Ağır Cinayətlər Məhkəməsində çalışırdı.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir