İdman

“Neftçi” braziliyalı müdafiəçi ilə iki illik müqavilə imzaladı

Sharing is caring!


“Neftçi” növbəti transferini reallaşdırıb.

Klubdan verilən məlumata görə, braziliyalı futbolçu Yuri Matiasla iki illik müqavilə bağlanıb.

28 yaşlı mərkəz müdafiəçisi komandanın heyətində 44 nömrəli formanı geyinəcək.

Yuri Matias Braziliyanın “Amerika” (2014-2016), Portuqaliyanın “Akademika” (2016-2020), Təbrizin “Traktor” (2020), Rumıniyanın “Qaz Metan Mediaş” (2020-2022) və “ÇFR Kluj” (2022-2023) klublarında çıxış edib. O, 2021/2022 mövsümündə “ÇFR Kluj”la Rumıniya çempionu olub.

Qeyd edək ki, “Neftçi” bundan əvvəl millinin üzvləri – qapıçı Emil Balayev və Xorvatiya əsilli yarımmüdafiəçi Filip Ozobiçi transfer edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir