Dünya

Beynəlxalq konfransın iştirakçıları Prezident İlham Əliyevə təşəkkür ediblər

Sharing is caring!


Bakıda keçirilən “Neokolonializm: İnsan hüquqlarının pozulması və ədalətsizlik” mövzusunda beynəlxalq konfransda iştirakçılar Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür ediblər.

Oxu.Az-ın məlumatına əsasən, təşəkkür mətnini Bakı Təşəbbüs Qrupu İctimai Birliyinin icraçı direktoru Abbas Abbasov oxuyub. Abbas Abbasov bildirib:

“Biz Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə 20 oktyabr 2023-cü il tarixində Bakıda “Neokolonializm: İnsan hüquqlarının pozulması və ədalətsizlik” mövzusunda keçirilən konfransın iştirakçıları olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə səmimi minnətdarlığımızı bildiririk.

Konfransın iştirakçıları olaraq biz Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müraciətini yüksək qiymətləndirir və ədalət və azadlıq uğrunda haqlı mübarizəmizə ardıcıl dəstəyinə görə minnətdarlığımızı bildiririk. Bundan əlavə, biz Azərbaycan Respublikasının Qoşulmama Hərəkatının fundamental prinsiplərinə, beynəlxalq hüququn norma və prinsiplərinə, habelə BMT Nizamnaməsində təsbit olunmuş məqsəd və prinsiplərə sadiqliyini yüksək qiymətləndiririk.

Biz Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə gördüyü işləri, irəli sürdüyü təşəbbüsləri və təşkilatın fəaliyyətinin genişləndirilməsi və beynəlxalq nüfuzunun artırılması istiqamətində atdığı addımları, xüsusən də, müstəmləkəçiliyə qarşı mübarizədə qətiyyətli mövqeyini alqışlayırıq. Əminik ki, bizim kollektiv və ədalətli mübarizəmiz, eləcə də dünya ictimaiyyətinin bununla bağlı artan tələbi dekolonizasiya ilə bağlı lazımi addımların atılması, təbii hüquq və azadlıqlarımızın təmin olunması ilə nəticələnəcək. Biz Bakı Təşəbbüs Qrupunun bu ilin iyulunda Bakıda və sentyabrda Nyu-Yorkda təşkil etdiyi tədbirlərin yekun sənədlərində öz əksini tapmış prinsipial mövqeyimizin düzgünlüyünü və aktuallığını bir daha təsdiqləyirik”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir