Cəmiyyət

Laçın sakini: “Bu gün Zabuxa köçdüyümüz üçün həm sevincli, həm də həyəcanlıyıq”

Sharing is caring!


“Bu gün həm sevincli, həm də həyəcanlıyıq”.

Bunu Oxu.Az-a açıqlamasında Laçın rayonu Zabux sakini Allahverdi Əşrəf oğlu Əliyev deyib.

O qeyd edib ki, bu gün Zabux şəhərinə köç etdikləri üçün çox xoşbəxtdirlər:

“Bizə bu şəraiti yaradan hər kəsə, ölkə başçısı İlham Əliyevə öz təşəkkürümüzü bildiririk. Ona görə ki, qısa zaman ərzində biz Zabux sakinlərini evlə təmin edib öz doğma yurdumuza köçürdülər. Həmçinin müzəffər ordumuza, qazilərimizə minnətdarlığımı bildirirəm ki, canları, qanları bahasına torpaqlarımızı düşmən işğalından azad etdilər. Şəhidlərimizə Allahdan rəhmət diləyirəm”.

Aytac Qasımova

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir