Cəmiyyət

Laçının Zabux kəndinə ilk köç yola salınır

Sharing is caring!


Bu gün Laçın rayonunun Zabux kəndinə ilk köç karvanı yola salınır. 

Oxu.Az-ın məlumatına görə, ilk mərhələdə 20 ailə (88 nəfər) kəndə köçürüləcək.

Xatırladaq ki, keçmiş məcburi köçkünlər Lökbatanda məcburi köçkünlər üçün salınmış “Qobu Park-3” yaşayış massivindən Laçın rayonunun Zabux qəsəbəsinə yola salınırlar. 

Qeyd edək ki, Laçın rayonunun Zabux kəndi 2022-ci ilin avqustun 26-da erməni işğalından azad olunub və Azərbaycan Ordusunun nəzarətinə keçib.

Aytac Qasımova

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir