Cəmiyyət

Abşeronda yaşayış binasında yanğın olub, 10 nəfər təxliyə edilib – VİDEO

Sharing is caring!


Abşeronda yaşayış binasında yanğın olub, 10 nəfər təxliyə edilib.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, rayonun Masazır qəsəbəsində altımərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 75 kvadratmetr olan 2 otaqlı mənzilin mətbəxində 2 kvadratmetr sahədə məişət əşyaları yanıb.

Yüksək temperaturdan mətbəxin lambirdən ibarət tavanı 12 kvadratmetr sahədə əriyib. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 10 nəfər bina sakini təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir