Cəmiyyət

Gəncliyin tərəqqisinə xidmət  nümunəsi

Sharing is caring!

        Dahi şəxsiyyət Heydər Əliyevin polad iradəsi, prinsipiallığı nəticəsində həyata keçirilən möhtəşəm tədbirlər Azərbaycanın gələcək müstəqilliyinin iqtisadi ibazasının yaradılmasında mühüm əhəmiyyət kəsb edirdi. Azərbaycan iqtisadiyyatının inkişafında neft sənayesinin rolunu dərindən dərk edən Heydər Əliyev bu sahənin inkişafı üçün böyük işlər görmüşdü. Belə ki, yeni yataqların qazılması, müasir, mütərəqqi texnologiyaların neft sənayesinə tətbiqi Heydər Əliyevin böyük zəhməti, yüksək idarəetmə qabiliyyəti sayəsində mümkün olmuşdu.

        Heydər Əliyevin ikinci dəfə hakimiyyətdə olduğu 1993-2003-cü illərdə də Azərbaycan iqtisadiyyatının dinamik inkişafına nail olunmuş, eəlm, ttməhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə böyük uğurlara imza atılmış, ölkəmizin beynəlxalq aləmdə siyasi imici yüksəlmiş, Azərbaycanın dövlət müstəqilliyinin əbədiliyi, sarsılmazlığı təmin olunmuşdur.

       1993-cü ili xatırlayaq. Həmin vaxt hakimiyyətin səbatsız və qətiyyətsiz adamların əlində olması milli dövlətçiliyimizin taleyini təhlükə altında qoyurdu. Ölkəmizin ədalətsiz müharibəyə sürüklənməsi, torpaqlarımızın işğalı, daxili çəkişmələr, dərin siyasi-iqtisadi böhran, vətəndaş qarşıdurması müstəqilliyimizin ilk illəri üçün səciyyəvi olan ağrılı bir cəhət idi. O vaxt ulu öndər Heydər Əliyev xalqın təkidi və tələbi ilə siyasi hakimiyyətə qayıtmasaydı, idarəçiliyin sükanını  öz əlinə almasaydı, milli azadlığımız uğrunda qətiyyətli mübarizə aparmasaydı, kim bilir,  dövlətçiliyimizin taleyi necə olacaqdı! O, 1993-cü ilin oktyabr ayında ölkə başçısı seçildikdən sonra müstəqilliyimiz uğrunda daha ciddi və cəsarətli addımlar atmağa başladı, titanik zəhmət bahasına Azərbaycanı bütün dünyaya tanıtdı. Dövlətçilik ənənələrindən bəhrələnmiş yeni siyasət Azərbaycana yeni həyat, müasirlik, qarşısıalınmaz inkişaf bəxş etdi. Bu siyasətin müəllifi olan  ulu öndərimiz müasir hüquqi və dünyəvi dövlətin qurulması, bu dövlətdə yaşayan insanların hüquq və azadlıqlarının mühafizəsi sahəsində çox böyük iş görüb, tariximizdə heç  vaxt bu qədər böyük və möhtəşəm dövlətçilik fəaliyyəti həyata kesirilməyib.

        Məhz ümummilli liderimiz Heydər Əliyevin gərgin səyi nəticəsində azərbaycanlı gənclər SSRİ-nin qabaqcıl elm və təhsil müəssisələrinə oxumağa göndərilmişdi. Cəmşid Naxçıvanski adına hərbi məktəbin açılması ulu öndərin Azərbaycan xalqı qarşısındakı tarixi xidmətlərindən idi. Ulu Öndər demişdi:  “Müstəqil Azlərbaycanın gələcəyi gənclərin əlindədir, gənclərə veriləcəkdir. Ona görə də məktəbdə Ugənclərimizi nə qədər yaxşı, hərtərəfli hazırlasalar, müstəqil Azərbaycanın gələcəyi də o qədər müvəffəqiyyətli, uğurlu, parlaq olacaqdır.”

        İndi Heydər Əliyevin memarı olduğu müstəqil respublikamız sürətli və geniş inkişaf yolundadır. Bizim hazırkı daxili və xarici siyasət konsepsiyamız ən geniş mənada dövləti xalqa, xalqı dövlətə möhkəm və qırılmaz tellərlə bağlayır.  Ölkənin bütün guşələrində əmin-amanlıq və sabitlik, qarşısıalınmaz inkişaf hakimdir, torpağımızın hər qarışında ulu öndərimizin  iradə və əzmkarlığı öz bəhrələrini verir, həyatımıza şanlı  qələbələrin yazılması təmin edilir. Bütün bunların nəticəsində müstəqilliyimizin dayaqları möhkəmlənir, gələcək nəsillərin firavan həyatı üçün etibarlı təminat yaranır.  İnanırıq ki, xalqımızın nailiyyətləri bundan sonra daha da möhkəmlənəcək, müstəqil respublikamız öz qüdrətini artıracaqdır. Biz daha güclü dövlətə çevriləcəyik, heç kəsdən nə siyasi, nə də iqtisadi asılılığımız olmayacaq. Əslində belə asılılıq indi  yoxdur, möhtərəm Prezidentimiz cənab İlham Əliyev bunu dəfələrlə bəyan etmişdir. Müstəqilliyimizin başlıca göstəricisi də məhz budur.      

                                                                         Xanoğlan Süleymanov,

Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının

Təklə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir