Cəmiyyət

Kişi arvadını ev əşyalarının yerlərinin dəyişdirilməsinə görə döydü

Sharing is caring!


Abşeron Rayon Məhkəməsində arvadını döyməkdə təqsirləndirilən Valeh Maratovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Cəmilə Səfiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə V.Maratov barəsində bir il müddətinə qazancından dövlət nəfinə 20 faiz məbləğində pul tutulmaqla, islah işləri cəzası təyin edilib.

İttihama görə, hadisə Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən evlərin birində qeydə alınıb. Belə ki, V.Maratov yaşadıqları evdə olan zaman arvadı, zərərçəkmiş Lalə Maratova (şərti) ilə aralarında mübahisə yaranıb. Mübahisəyə səbəb ev əşyalarının yerlərinin dəyişdirilməsi olub.

Bu zaman təqsirləndirilən şəxs şillə və yumruqla qadının sifət, əl, bədən nahiyələrinə qəsdən ardıcıl zərbələr vurub. Nəticədə o, L.Maratovaya sağ əlin barmağının orta falanqasının geniş sahəli şişkinlik halında qançırı, orta falanqa oynağının hemartrozu ilə müşayiət olunan dərəcədə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir