Cəmiyyət

Ramana sakinləri susuzluqdan əziyyət çəkirlər – VİDEO

Sharing is caring!


Paytaxtın Yeni Ramana qəsəbəsində yaşayan bir qrup sakin günlərdir su üzünə həsrət qalıb.

Xezerxeber.az-ın xəbərinə görə, sakinlər iddia edirlər ki, əraziyə içməli su bir neçə günlük fasilə ilə, daha çox gecə saatlarında verilir.

Qeyd olunub ki, isti havalarda yaşanan su çatışmazlığı insanların işini xeyli çətinləşdirib.

Sakinlərin sözlərinə görə, verilən suyun təzyiqi çox zəif olduğundan, ehtiyat çənlərini belə, doldura bilmirlər.

Məsələ ilə bağlı “Azərsu” Açıq Səhmdar Cəmiyyətindən (ASC) bildirildi ki, suya tələbat artdığından təzyiq aşağıdır. Sözügedən ərazi relyef baxımından yüksəkdə yerləşdiyi üçün su təchizatında müəyyən çətinliklər müşahidə olunur. Temperatur aşağı düşdükcə, suyun əvvəlki şəkildə verilişi təmin olunacaq.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir