Cəmiyyət

Səkkiz yaşlı İsmayılın anası: “Həm kirayə, həm də müalicəni çatdıra bilmirik, yardıma ehtiyacımız var” – FOTO

Sharing is caring!


Səkkiz yaşlı İsmayılın sizin dəstəyinizə ehtiyacı var.

Bu barədə Oxu.Az-a onun anası Aynurə Əhmədova məlumat verib.

O bildirib ki, övladı anadangəlmə serebral iflicdən əziyyət çəkir.

“İsmayılın səkkiz yaşı var, anadangəlmə serebral iflicdən əziyyət çəkir. İllərdir gəzmədiyimiz həkim, gəzmədiyimiz klinika qalmayıb. Amma övladımın dərdinə birdəfəlik çarə tapan olmayıb. İsmayıl nə gəzə, nə otura bilir. İsmayılın 15 günlük masaja və müalicəyə ehtiyacı var. Masaj üçün 450 manat, dərmanları üçün isə 500 manat lazımdır. Ailəmizdə tək yoldaşım işləyir, kirayədə qalırıq. Həm kirayə, həm uşağın müalicəsi, həm də günlük xərclər inanın ki, qarşılaya bilmirik. Yardımsevər şəxslərdən mənim övladıma dəstək olmalarını xahiş edirəm”.

Ailə ilə əlaqə: (055) 468-21-62

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir