Cəmiyyət

ARB Televiziyası 100-ə yaxın işçisini məcburi məzuniyyətə göndərdi Telekanalda nə baş verir?

Sharing is caring!

ARB telekanalının 100-ə yaxın əməkdaşı öz hesabına məzuniyyətə göndərilib.
Xeberal.Az News24.az-a istinadən xəbər verir ki, iyunun 1-dən etibarən telekanal əməkdaşları rəsmi məzuniyyətə çıxdıqdan sonra onlar sentyabr ayının əvvəlinə kimi öz hesablarına məzuniyyətə göndəriliblər.

Eyni zamanda da telekanalın bir çox tanınmış simasının o cümlədən aparıcılar Rövşanə Ağasəfqızı, Murad Həşimovun da müqaviləsi ləğv edilib.

Bundan başqa, şairə Nazilə Səfərlinin aparıcılıq etdiyi “Ona qalsa” verilişi həftənin 1 günü yayımlanacaq.

Yeni mövsümə hazırlaşan ARB TV-yə simalar cəlb edilib. Onların sırasında əməkdar artist Tünzalə Əliyeva, aparıcılar Vüsalə Kərimova, Lətafət Ələkbərova da var.

Telekanalın xəbər aparıcı Anar Nəcəfli isə sentyabrdan yeni layihə ilə tamaşaçıların qarşısına çıxmağa hazırlaşır.

Məsələylə bağlı News24.aza açıqlama verən ARB TV-nin mətbuat katibi Ozal İbrahimli bildirib ki, telekanalda işləyən hər kəs öz hesabına məzuniyyətə çıxa bilər: “Burada məcburi heç bir şey yoxdur. ARB Tv-dəki yeniliklərlə bağlı isə tezliklə geniş məlumat veriləcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir