Abşeronda intihar hadisəsi olub. Lent.az-ın məlumatına görə, hadisə Saray qəsəbəsi Tofiq Allahverdiyev küçəsində qeydə alınıb. 30 yaşlı Kamran Azər oğlu Hacızadə yaşadığı evin arxasına keçərək üzərinə naməlum alışqan maddə tökərək özünü yandırıb. Nəticədə o, aldığı xəsarətlərdən ölüb. İntiharın hansı səbəbdən baş verməsi hələlik bilinmir. Faktla bağlı araşdırma aparılır. Xeberal.az
Son günlər taksi minik avtomobillərinin sürücülərinə xüsusi hazırlıq keçmələri barədə təlimlərdə iştirak etmədən müəyyən ödəniş müqabilində şəhadətnamələrin verilməsi ilə bağlı müraciətlər daxil olur. Oxu.Az-ın xəbərinə görə, bununla bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) taksi sürücülərinə xəbərdarlıq edib: “Taksi sürücülərinin bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədi daşıyan təlimlərdə əyani iştirak mütləqdir. Xüsusi hazırlığı müvəffəqiyyətlə bitirən sürücülərə verilən şəhadətnamələr […]
İngiltərə Premyer Liqasının 19-cu turu çərçivəsində “Nyukasl Yunayted” “Nottinqem Forest”lə qarşılaşıb. Sent Ceyms Parkdakı oyun qonaqların 1:3 hesablı qələbəsilə bitib. Oyunda hesabı penaltdən “sağsağanlar”ın isveçli hücumçusu Aleksandr İsak açsa da, əvvəllər “Nyukasl”da çıxış edən “Nottinqem”in hücumçusu Kris Vud het-trik edərək ev sahiblərini qol vurmağa peşman edib. Bu qələbə sayəsində “Nottinqem” 17 xal toplayaraq turnir cədvəlində 16-cı […]