Cəmiyyət

Saray qəsəbəsində antisanitar şəraitə nə vaxt son qoyulacaq?

Sharing is caring!


Abşeron rayonu, Saray qəsəbəsi, Hacı Zeynalabdin Tağıyev küçəsinin sakinləri ərazidəki antisanitar vəziyyətdən şikayətlənirlər.

“Report”un yerli bürosuna şikayət edən sakinlər bildiriblər ki, antisanitar şərait üzündən küçədən keçmək mümkün deyil.

Sakinlərin sözlərinə görə, kanalizasiya xətləri kustar üsulla çəkildiyinə görə dolub-daşır. Bu da çirkab suların küçəyə axmasına səbəb olur. Onlar bildirirlər ki, problemlə bağlı əlaqədar qurumlara müraciət etsələr də, tədbir görülmləyib.

“Azərsu” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Neyman Səfərəliyev bildirib ki, mövcud kanalizasiya xətləri vətəndaşlar tərəfindən kustar üsulla, fərdi qaydada çəkilib:

“Ərazidə mərkəzləşdirilmiş kanalizasiya infrastrukturu mövcud deyil. Ona görə bu xəttdə tez-tez tutulmalar baş verir. Belə vəziyyət yarandıqda “Azərsu” ASC sakinlərə köməklik göstərir, xəttin açılması, işlək vəziyyətə gətirilməsinə yardım edirlər. Qəsəbədə mərkəzləşmiş kanalizasiya infrastrukturunun qurulması ilə bağlı layihələr var və bunlar gələcəkdə dövlət investisiyaları hesabına həyata keçiriləcək”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir