Cəmiyyət

Xaçmazda avtomobillər toqquşub, ölən və xəsarət alan var

Sharing is caring!


Xaçmaz rayonunun Nabran kəndində yol-nəqliyyat hadisəsi olub.

“Report”un Şimal bürosunun məlumatına görə, VAZ-2107 və “Opel” markalı avtomobillərin toqquşması nəticəsində 1979-cu il təvəllüdlü Səxavət Gülümbala oğlu Hüseynzadə ölüb, 1962-ci il təvəllüdlü Hacıbaba Mürşüd oğlu Xuruci isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir