Cəmiyyət

DİN-dən uşaqların gözü qarşısında narkotik istifadə edən şəxslə bağlı AÇIQLAMA

Sharing is caring!


Vətəndaş uşaqların gözü qarşısında narkotik vasitəsindən istifadə edib.

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

İddia edilib ki, həmin şəxs narkotik qəbul edən zaman azyaşlı uşaq videonu çəkib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, əvvəllər bir neçə dəfə məhkum olunmuş Zaur Şirinov Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyat zamanı iyun ayında şübhəli şəxs qismində saxlanılıb:

“Şəxsi axtarış zamanı ondan heroin aşkar edilib. Faktla bağlı Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddəsi ilə cinayət işi başlanılıb. Səsləndirilən iddialar istintaq predmetidir və hazırda da başlanmış cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir”.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir