Cəmiyyət

Şəkidə ağır qəzada həlak olanların şəxsiyyəti müəyyənləşib

Sharing is caring!


Şəkidə ağır yol-nəqliyyat hadisəsində həlak olan bir ailənin dörd üzvünün şəxsiyyəti məlum olub.

APA xəbər verir ki, ata 1989-cu il təvəllüdlü Nicat Namiq oğlu Mirzəyev və üç övladı 2012-ci il təvəllüdlü Nuray Mirzəyeva, 2013-cü il təvəllüdlü Aysun Mirzəyeva və 2021-ci il təvəllüdlü Uğuz Mirzəyev aldıqları müxtəlif dərəcəli ağır bədən xəsarətlərindən hadisə yerində ölüblər, ana 1992-ci il təvəllüdlü Qızxanım Nurəddin qızı Mirzəyeva isə ağır vəziyyətdə Şəki Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, ötən gün saat 19 radələrində Şəki rayonunun Köbər Zəyzid kəndi ərazisində “Mercedes-Benz” markalı avtomobilin sürücüsü, 1989-cu il təvəllüdlü Nicat Mirzəyevin idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yoldan çıxaraq ağaca çırpılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir