Cəmiyyət

Azərbaycanda daha 14 nəfər COVID-19-a yoluxub – FOTO

Sharing is caring!

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 14 yeni yoluxma faktı qeydə alınıb, 20 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 828 352 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 818 124 nəfər müalicə olunaraq sağalıb, 10 103 nəfər vəfat edib, aktiv xəstə sayı 125 nəfərdir.

Ölkədə son sutka ərzində 764, hazırkı dövrədək isə 7 513 868 test aparılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir