Cəmiyyət

Bakıda avtomobil zibil maşınına çırpıldı – VİDEO

Sharing is caring!


Paytaxtda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, qəzanın görüntüləri sosial şəbəkələrdə yayılıb.

Görüntülərdən aydın olur ki, “AzSamand” markalı minik avtomobili zibil daşıyan maşına çırpılıb.

Qəza nəticəsində minik avtomobilinin sürücüsü salonda sıxılmış vəziyyətdə qalıb.

Onu xilas etmək üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri və polis əməkdaşları cəlb ediliblər.

Ciddi xəsarətlər alan sürücü minik avtomobilindən çıxarılaraq xəstəxanaya çatdırılıb.

Sözügedən görüntüləri təqdim edirik:

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir