Cəmiyyət

Sumqayıtda bir evdən iki meyit tapılıb – FOTO

Sharing is caring!


Sumqayıtda evdən ər və arvadın meyiti tapılıb.

“Report”un yerli bürosunun məlumatına görə, onlar – 84 yaşlı Mamontov Aleksandr Alekseyeviç və onun həyat yoldaşı, 82 yaşlı Mamontova Lyubov Georgiyevnadır.

Qeyd edək ki, ər-arvadın meyitləri dünən 2-ci mikrorayon, bina 6/11-də, yaşadıqları mənzildə aşkarlanıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar. Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir