Cəmiyyət

“SAB” firmasının kolbasasından metal parçası çıxdı – FOTOLAR

Sharing is caring!

“Şikayətim “SAB” firmasındadır. Həmin firmaya məxsus “Səyyah” yarım hissə verilmiş kolbasa almışam və doğradığnda içindən qara bir metal parçasının çıxdığını aşkarladıq”. Xeberal.Az bildirir ki, bunu Bakı sakini Fərid Sultanov sosial şəbəkədə paylaşıb.

Daha sonra narazı vətəndaş yazır: “Yaxından baxıldığında həmin metalın bolt birləşməsi (şurup) olduğu məlum oldu. Şəkildə də göründüyü kimi bir hissəsidir, digər hissə nə zaman qarşıma çıxacaq və ya kiminsə qarşısına çıxacaq deyə dəqiq bilmək olmur.

Qeyd olunan kolbasa qiyməti ilə də fərglənir və bahalıdır. Bu cür şirkətin bahalı kolbasası istehsal zamanı buraxılmış ciddi səhvi heç xoşa gələn deil. Bunu görmədən yemək və ağızda kəsiklər ve ya yaralar əmələ gəlməsinə gətirib çıxara bilərdi.

Hörmətli istifadəcilər, sizdən xahiş olunur bu tipli kolbasa və diger bu kimi məhsulları istifadə etdikdə diqqətli olsun. Bu kimi hal insan sağlamlığına ciddi zərər vura bilər!”

Vətəndaşın paylaşdığı fotoları təqdim edirik:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir