Cəmiyyət

Ağdaş sakinləri qanunsuz saxladıqları ov tüfənglərini könüllü olaraq polisə təhvil veriblər – FOTO

Sharing is caring!


Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın könüllü təhvil verilməsi istiqamətində profilaktiki tədbirlər keçirilib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, vətəndaşlara edilən müraciət, eləcə də aparılan profilaktiki işlərin nəticəsi olaraq rayonun Yuxarı Ağcayazı kənd sakinləri – Cəlil və Həsən Hüseynovlar müvafiq sənədləri olmayan “TOZ” markalı ov tüfənglərini könüllü olaraq polisə təqdim ediblər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir