Cəmiyyət

Bakıda doqquzmərtəbəli yaşayış binasında yanğın olub, sakinlər təxliyə ediliblər

Sharing is caring!


Bakıda doqquzmərtəbəli yaşayış binasında yanğın olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, Yasamal rayonunda doqquzmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində ümumi sahəsi 65 kvadratmetr olan üç otaqlı mənzilin bir otağında bir ədəd dolab yanıb. Hadisə zamanı yanğınsöndürənlər tərəfindən tüstülənmiş mənzillərdən 14 nəfər sakin təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzillər yanğından mühafizə edilib. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir