Cəmiyyət

Ucar sakini güllələnib

Sharing is caring!


Bu gün səhər saatlarında Ucar rayonunun Alpout kənd sakini T.Tağıyev tir tüfəngindən açılan atəş nəticəsində xəsarət alıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupu məlumat yayıb.

Bildirilib ki, ilkin araşdırmalara görə, hadisənin rayonunun Məlikballı kənd sakini X.Xəlilzadənin əlində olan tir tüfəngi ilə ehtiyatsız davranması nəticəsində baş verdiyi müəyyən edilib.

Faktla bağlı Ucar Rayon Polis Şöbəsində araşdırmalar aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir