Cəmiyyət

AQTA Qusardakı kütləvi zəhərlənmə ilə bağlı araşdırmalara başladı – YENİLƏNİB

Sharing is caring!


Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Qusar rayonunda, istirahət mərkəzində beş nəfərin zəhərlənməsi barədə yayılan xəbərlərə münasibət bildirib. 

Agentlikdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, baş verən hadisənin səbəbləri, həmçinin, qida zəhərlənməsi olub-olmaması ilə bağlı AQTA-nın mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb:

“Araşdırmaların nəticələri ilə bağlı əlavə məlumat veriləcək”.

15:04

Qusar rayonunda, istirahət mərkəzində beş nəfər zəhərlənib.

“Report”un Şimal bürosunun məlumatına görə, hadisə Qusar rayonunun Caqar kəndində, istirahət mərkəzinin ərazisində qeydə alınıb.

Belə ki, istirahət edən sakinlər – 1973-cü il təvəllüdlü Aynurə Bəhram qızı Fərzəliyeva, 2003-cü il təvəllüdlü Bəhram Mübariz oğlu Xanıyev, 1986-cı il təvəllüdlü Fərid Zaman oğlu Əskərli, 1997-ci il təvəllüdlü Aygül Mübariz qızı Xanızadə və 2002-ci il təvəllüdlü Qızbəs Fəhruz qızı Fərzəliyeva zəhərlənmə diaqnozu ilə rayon xəstəxanasına aparılıblar.

İlkin ehtimala görə, həmin şəxslər qəbul etdikləri qidadan zəhərləniblər.

Faktla bağlı araşdırma aparılır.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir