Cəmiyyət

Xaçmazda 21 yaşlı gəncin qolu amputasiya edildi

Sharing is caring!


Xaçmazda 21 yaşlı gəncin qolu bədbəxt hadisə nəticəsində amputasiya olunub.

“Report”un Şimal bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında Xaçmaz rayonu ərazisində fəaliyyət göstərən çörək zavodunda baş verib.

Belə ki, zavodda fəhlə işləyən Quba rayonu Zərdabi qəsəbə sakini, 2002-ci il təvəllüdlü Muxtar Hidayət oğlu Talezadənin qolu ehtiyatsızlıqdan xəmirqarışdıran dəzgahda qalıb və ağır xəsarət alıb.

Yaralı Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına aparılaraq dərhal əməliyyat olunub, qolu amputasiya edilib.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir